Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammitində iştirak etmək üçün Vyetnama gəlib.
Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sammit çərçivəsində Putin işgüzar şurasının üzvləri ilə görüşəcək.
Rusiya dövlətinin başçısı həmçinin, bir sıra ikitərəfli görüşlər keçirəcək, o cümlədən ABŞ prezidenti Donald Trampla. Lakin, Ağ Evdən verilən məlumata görə, Rusiya və Birləşmiş Ştatların liderləri arasında danışıqlar barədə yekun razılaşma yoxdur.