SON DƏQİQƏ
» » İspaniyada məhkəmə Puçdemonun həbsinə order verdi

İspaniyada məhkəmə Puçdemonun həbsinə order verdi

Tarix:

4-11-2017, 07:39

/ 1 077 dəfə oxundu.
İspaniyada məhkəmə Puçdemonun həbsinə order verdi

İspaniyanın Milli Məhkəmə Palatası Kataloniyanın sabiq rəhbəri Karles Puçdemonun həbsinə order verib.

Gunaz.az vesti.ru-ya istinadən bildirir ki, məhkəmənin qərarı həmçinin Kataloniya hökumətinin 4 sabiq üzvünə də şamil edilir.

Onlar Kataloniya qeyri-qanuni yolla müstəqillik elan etdikdən sonra qiyam, üsyana təhrik etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və itaətsizlikdə ittiham olunurlar. K.Puçdemon və digər kataloniyalı məmurlar noyabrın 2-3-də İspaniyada məhkəməyə gəlməkdən imtina ediblər.

Hazırda Kataloniyanın sabiq rəhbəri Belçikadadır. Avropa qanunlarına uyğun olaraq, Avropa orderi verildikdən sonra K.Puçdemonu Belçika polisi həbs etməlidir.

скачать dle 12.1

Şərhlər