SON DƏQİQƏ

Kataloniya müstəqilliyini elan etdi

Tarix:

27-10-2017, 18:18

/ 1 295 dəfə oxundu.
Kataloniya müstəqilliyini elan etdi

Bu gün Kataloniya parlamentində regionun İspaniyadan ayrılaraq, müstəqillik elan edilməsi barədə Bəyannamə müzakirə olunub.

Gunaz.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kataloniya parlamentinin səbri Karme Forkadel bildirib. Kataloniya parlamenti səs çoxluğu ilə müstəqilik haqqında Bəyannaməni qəbul edib.

Deputatlardan 72-si Müstəqillik Bəyannaməsinin lehinə, 10-u əleyhinə səs verib, 2 nəfər səsvermədə iştirak etməyib.

Rəsmi Madrid qərara hələlik münasibət bildirməyib.

Qeyd edək ki, İspaniya baş naziri Mariano Rajoy səsvermədən əvvəl İspaniya senatından Madrid Karles Puçdemonu vəzifəsindən uzaqlaşdırmaq üçün səlahiyyət verilməsini istəmişdi.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya Muxtar Vilayətində bölgənin müstəqilliyi haqqında qalmaqallı referendum keçirilib və səsverməyə qatılanların əksəriyyəti müstəqilliyin tərəfdarı olduğunu bəyan edib. 

İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniya ilə bağlı ölkə Konstitusiyasının indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Bu maddə Kataloniyanın muxtariyyət statusunun ləğvini nəzərdə tutur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ