SON DƏQİQƏ
» » Sərkisyanı güllələyən şəxsin kimliyi bilindi

Sərkisyanı güllələyən şəxsin kimliyi bilindi

Tarix:

4-10-2017, 17:51

/ 1 050 dəfə oxundu.
Sərkisyanı güllələyən şəxsin kimliyi bilindi

Azərbaycanın işğal edilmiş ərazilərindəki Ermənistan ordusunun dislokasiya olunan hərbi hissələrində Dağlıq Qarabağdan olan ermənilərlə Ermənistandan çağırılan hərbçilər arasında gərgin münasibətlər nəticəsində qanlı insidentlərin baş verməsi adi hala çevrilib.

Azərtac xəbər verir ki, Ermənistandan hərbi xidmətə çağırılan və zorla Qarabağ ərazisinə göndərilən hərbçilər tərəfindən vəzifə səlahiyyətlərinin aşılması və nizamnamədən kənar münasibətlər zəminində baş verən hadisələr zamanı mənəvi və fiziki işgəncələrə dözməyən Qarabağ ermənilərindən olan hərbçilər son çıxış yolunu silaha əl atmaqla ya özünə, ya da onu incidənə xəsarət yetirməkdə görürlər.

Sentyabrın 28-də baş verən daha bir qanlı insident nəticəsində ermənistanlı hərbi qulluqçu yaralanıb. Xocavənd rayonu ərazisində işğalçı ordunun postlarından birində şəxsi heyət arasında baş verən dava zamanı post başçısı əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sərkisyan əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.

S.Sərkisyan hospitala aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparmaq üçün qondarma “ordu”nun vəzifəli şəxsləri əraziyə gəliblər. Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya “qarşı tərəfin atəşi nəticəsində baş verdiyi” bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ