SON DƏQİQƏ
» » Trampdan nüvə bombası ilə bağlı xəbərdarlıq

Trampdan nüvə bombası ilə bağlı xəbərdarlıq

Tarix:

9-08-2017, 19:51

/ 3 635 dəfə oxundu.
Trampdan nüvə bombası ilə bağlı xəbərdarlıq

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hər zaman dünyanın ən qüdrətli dövləti olacağını bəyan edib.
GUNAZ.az-ın xəbərinə görə, bu barədə o, "Twitter” də yazıb. "Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o, daha güclüdür. Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, - deyə Tramp bildirib.  
 
Xatırladaq ki, avqustun 8-də D. Tramp Şimali Koreyanın ünvanına çox sərt xəbərdarlıqla çıxış edib. O deyib ki, əgər Pxenyan ABŞ-ı təhdid edərsə, onu qisas gözləyir: "Şimali Koreya elə bir atəş və qəzəblə qarşılaşacaq ki, dünya hələ belə bir şey görməyib”.  


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ