SON DƏQİQƏ

Müdafiə nazirindən GÖZLƏNİLMƏZ İSTEFA

Tarix:

28-07-2017, 09:24

/ 4 034 dəfə oxundu.
Müdafiə nazirindən GÖZLƏNİLMƏZ İSTEFA

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib.

GUNAZ.az xəbər verir ki, bu barədə Tomomi İnada özü mətbuat konfransında bildirib.

Onun istefa verməsinə səbəb isə Cənubi Sudandakı Yaponiya sülhməramlıları ilə bağlı yayılmış sənədlər olub.
"Bununla əlaqədar mən məsuliyyət daşıyıram və bu səbəbdən də istefa verirəm. Ərizəmi bu gün baş nazir Sindzo Abeyə təqdim etmişəm. Ərizəm qəbul olunub", - deyə o əlavə edib.
Ötən ilin payızında müxalifət Cənubi Sudandakı yaponiyalı sülhməramlılarının açıqlanmasını tələb etmişdi. Nazirlik isə həmin gündəliklərin hərbi qarşıdurma zamanı məhv olduğunu açıqlasa da, sonradan sənədlər başqa bölmədən çıxmışdı.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər