Taliban Əfqanıstanda 70 nəfəri oğurlayıb, 7 nəfəri öldürdü
Tarix:
22-07-2017, 21:32
/ 2 979 dəfə oxundu.
Əfqanıstanda Taliban radikal hərəkatı bir kəndin 70 sakinini qaçırıb. "Report" xəbər verir ki, hadisə Əfqanıstanın cənubunda baş verib. Oğurlanan sakinlərdən 7 nəfər öldürülüb.
Qəndəhar vilayətinin polis rəisi bildirib ki, oğurlanan sakinlərin 30 nəfəri artıq azad edilib. Qalan 30 nəfəri tapmaq mümkün olmayıb.