
Jurnalistlər planetdə ən uzun müddət oruclu qalan müsəlmanlarla görüşüb.
Bu barədə Britaniyanın məşhur "The Independent” nəşri yazıb. Nəşrin yazdığına görə, bu ilki Ramazanda oruc saatları ən çox olan ölkələr Laplandiya, Finlandiya və İsveçdir.
Jurnalistlər şimali Finlandiyada yaşayan bir müsəlman ailəsinin qonağı olublar. Məlum olub ki, ölkənin həmin ərazisində Günəş iyun günlərində cəmi 55 dəqiqə ərzində görünmür. "Biz oruca gecə saat 1:35-də - gün çıxanda başlayır və yalnız 23:45-də - gün batanda iftar edirik. Banqladeşdə yaşayan qohum və dostlarımız inanmırlar ki, biz 23 saatdan çox oruc tuturuq”-deyə ailənin başçısı Məhəmməd danışıb.