Bu ölkədə oruclu müsəlmanlar 23 saatdan çox ac-susuz qalır - İnanılmaz

Bu ölkədə oruclu müsəlmanlar 23 saatdan çox ac-susuz qalır - İnanılmaz
Jurnalistlər planetdə ən uzun müddət oruclu qalan müsəlmanlarla görüşüb. 
Bu barədə Britaniyanın məşhur "The Independent” nəşri yazıb. Nəşrin yazdığına görə, bu ilki Ramazanda oruc saatları ən çox olan ölkələr Laplandiya, Finlandiya və İsveçdir. 
Jurnalistlər şimali Finlandiyada yaşayan bir müsəlman ailəsinin   qonağı olublar. Məlum olub ki, ölkənin həmin ərazisində  Günəş iyun günlərində cəmi 55 dəqiqə ərzində görünmür. "Biz oruca gecə saat 1:35-də - gün çıxanda başlayır və  yalnız  23:45-də - gün batanda iftar edirik. Banqladeşdə yaşayan qohum və dostlarımız  inanmırlar ki, biz 23 saatdan çox oruc tuturuq”-deyə ailənin başçısı Məhəmməd danışıb. 

Bu ölkədə oruclu müsəlmanlar 23 saatdan çox ac-susuz qalır - İnanılmaz

 

Bəs ən qısa müddətdə oruc tutulan məkanlar hansıdır?
Qeyd edək ki,  əvvəllər müsəlmanların ən qısa müddət oruclu qaldığı yer  Argentinanın Uşuaya şəhəri hesab olunurdu. Burada iyun günlərində orucluq müddəti  təxminən 9 saat olur.
Lakin son tədqiqatlar göstərib ki,  Omanda yerləşən Vekan kəndindəki müsəlmanlar vur-tut 3 saat oruc tuturlar. Dəniz səviyyəsindən 2 min metr hündürlükdə yerləşən kəndin dörd bir yanı dağlarla örtülüdür. Odur ki, günəşin saat 11:00-da görünüb 14:30-da batdığı kənddə cəmi 3 saat yarım oruc tutulur. Lakin bəzi sakinlər ölkənin ümumi imsak və iftar saatlarından istifadə edir.

GUNAZ.az  

скачать dle 12.1
Geri qayıt