SON DƏQİQƏ

Oruclu halda diş çəkdirmək olarmı?

Tarix:

30-05-2017, 19:32

/ 4 801 dəfə oxundu.
Oruclu halda diş çəkdirmək olarmı?

Əgər oruc tutan şəxs diş çəkdirərsə, onun orucu pozularmı? 
Orucun əsas şərtlərindən biri insan bədəninə qida  borusu vasitəsi  yad cismin, qidanın, suyun  daxil olmamasıdır. Odur ki, Ramazanda oruc tutmağı vacib olan şəxsin ciddi xəstəliklər istisna olmaqla hər hansı müalicə götürməsi doğru deyil. Ancaq əksər İslam alimləri hesab edir ki, dözülməz ağrı ucbatından dişini çəkdirməyə məcbur olan insanın mədəsinə su, dərman və yaxud qan düşməyibsə, o, orucunu davam etdirə bilər. Mədəyə yad cisim düşdüyü halda  isə şəxs orucunu pozmalı və Ramazandan sonra bir gün əvəzini tutmalıdır. 
Diş ətinə və ya bədənin hansısa digər nahiyəsinə ağrıkəsici iynə vurulması da orucu pozmur. Lakin bədənə vitamin, qida vermək və yaxud əhvali-ruhiyyəni qaldırmaq üçün vurulan inyeksiyalar, eləcə də qan köçürməsi orucu batil edir.

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ