SON DƏQİQƏ
» » "Müharibə olarsa, Çin Şimali Koreyanı qorumayacaq"

"Müharibə olarsa, Çin Şimali Koreyanı qorumayacaq"

Tarix:

15-04-2017, 20:18

/ 4 617 dəfə oxundu.
"Müharibə olarsa, Çin Şimali Koreyanı qorumayacaq"

Müharibə olarsa Çinin Şimali Koreyanı qoruyacağını söyləmək olduqca çətindir.
Bu sözləri Çinin hərbi eksperti Li Ji deyib.
O bildirib ki, hər iki ölkə sülhü və sabitliyi qorumağa çalışmalıdır:
"Hər hansı savaş durumunda Pekinin Pxenyana dəstək verəcəyini demək olduqca çətindir. Çünki Şimali Koreyanın nüvə silahları var və bu, iki ölkə arasında olan razılaşmaya ziddir”.
Qeyd edək ki, Çinlə Şimali Koreya arasında 1961-ci ildə imzalanan 1981 və 2001-ci illərdə yenilənən qarşılıqlı yardımlaşma və əməkdaşlıq müqaviləsi var.
Bundan əlavə, son günlər ABŞ və Şimali Koreya hökumətləri bir-birini raket zərbələri ilə təhdid etməyə başlayıb. ABŞ "Karl Vilson" təyyarədaşıyan gəmisini və bir raket esminesini bölgəyə yerləşdirib. (axar.az)
скачать dle 12.1

Şərhlər