SON DƏQİQƏ

Suriyada partlayış: 22 ölü, 50 yaralı

Tarix:

15-04-2017, 18:59

/ 2 810 dəfə oxundu.
Suriyada partlayış: 22 ölü, 50 yaralı

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda törədilən terror aktı nəticəsində 22 nəfər ölüb, təqribən 50 nəfər yaralanıb.
Bu barədə Suriyanın "Əl-İxbariyyə" dövlət telekanalı məlumat yayıb.
Bundan əvvəl sərnişin avtobuslarının dayandığı yanacaqdoldurma məntəqəsi yaxınlığında kamikadzenin özünü partlatdığı məlumat verilmişdi.
Fua və Kefrayə yaşayış məntəqələrindən təxliyə edilmiş sakinlərin olduğu avtobusların bir qismi terrorçuların nəzarəti altında olan Raşidin rayonu ərazisində qalıb. Bu yaşayış məntəqələri üç ildən çoxdur ki, yaraqlıların mühasirəsindədir. Orada 20 minə yaxın insan yaşayır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər