SON DƏQİQƏ
» » Rusiyadan Ermənistanın aqrar sektoruna növbəti zərbə

Rusiyadan Ermənistanın aqrar sektoruna növbəti zərbə

Tarix:

2-06-2026, 17:36

/ 3 321 dəfə oxundu.
Rusiyadan Ermənistanın aqrar sektoruna növbəti zərbə

Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qadağanın əhatə dairəsini genişləndirir.
GunAz.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.
Bildirilib ki, sabahdan etibarən Ermənistan mənşəli və bu ölkədən göndərilən nar, badımcan, kartof və quru meyvələrin idxalına, eləcə də bu məhsulların Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.
Məhdudiyyətlər göndərilən malların təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq alqoritm hazırlanana qədər tətbiq olunacaq.
скачать dle 12.1

Şərhlər