SON DƏQİQƏ

Buzlar qopdu, 10 gəmi axına qərq oldu

Tarix:

30-05-2026, 18:46

/ 2 737 dəfə oxundu.
Buzlar qopdu, 10 gəmi axına qərq oldu

Rusiyanın Yakutiya vilayətində yerləşən İndiqirka çayında buzların qəfil hərəkətə başlaması nəticəsində 10 gəmi sahildən ayrılaraq axına qoşulub .
GunAz.az xəbər verir ki, bu barədə Yakutiya Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buz axınının qəfil başlaması nəticəsində gəmiləri sahildə saxlayan troslar və lövbər zəncirləri qırılıb.
Gəmilərdən 5-i Lena Hövzəsi Daxili Su Yolları Administrasiyasına, digər 5-i isə LORP gəmiçilik şirkətinə məxsusdur.
Nazirlik bildirib ki, vəziyyət Yakutiya hökumətinin nəzarətindədir. Hadisə barədə səlahiyyətli qurumlara məlumat verilib və müvafiq tədbirlər görülür.
скачать dle 12.1

Şərhlər