SON DƏQİQƏ
» » SON DƏQİQƏ: 38 mədənçini xilas etmək üçün zamana qarsı yarış

SON DƏQİQƏ: 38 mədənçini xilas etmək üçün zamana qarsı yarış

Tarix:

23-05-2026, 09:30

/ 3 774 dəfə oxundu.
SON DƏQİQƏ: 38 mədənçini xilas etmək üçün zamana qarsı yarış

Çinin Şansi əyalətindəki kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı səkkiz nəfər ölüb, daha 38 nəfər isə yerin altında qalıb.
GunAz.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli Fövqəladə Halların İdarə Olunması İdarəsinə istinadən məlumat yayıb.
Ehtimal edilir ki, mədənçilərin ölümünə dəm qazının səviyyəsinin icazə verilən səviyyəsini aşması səbəb olub.
Hakimiyyət orqanlarının məlumatına görə, xilasedicilər 201 nəfəri təxliyə edib və səkkiz qurbanın meyitini çıxara biliblər.
Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Yer altında qalan mədənçilərin xilasetmə işləri davam edir.

скачать dle 12.1

Şərhlər