SON DƏQİQƏ
» » “Manqo”nun sahibinin oğlu saxlanıldı: Atasını öldürüb?

“Manqo”nun sahibinin oğlu saxlanıldı: Atasını öldürüb?

Tarix:

19-05-2026, 17:44

/ 3 311 dəfə oxundu.
“Manqo”nun sahibinin oğlu saxlanıldı: Atasını öldürüb?

Məşhur tekstil şirkətlərindən olan “Manqo”nun qurucusu, 2 il əvvəl həyatını itirən İsak Andik Ermayın oğlu Conatan Andik saxlanılıb.
GunAz.az xarici mediaya istinadla xəbər verir ki, o, atasını öldürməkdə ittiham olunub.
Kataloniya bölgəsinin yerli polisi hadisə vaxtı atasının yanında olan, İsak Andikin ölümündə şübhəli bilinən oğlu Conatan Andiki nəzarətə götürüb.
C.Andik istintaq zamanı iddiaları rədd edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyə və İspaniya vətəndaşı olan iş adamı İspaniyada dağ gəzintisi zamanı ölüb.
скачать dle 12.1

Şərhlər