SON DƏQİQƏ

Ukrayna cəbhəsində dönüş nöqtəsi

Tarix:

13-05-2026, 14:36

/ 2 446 dəfə oxundu.
Ukrayna cəbhəsində dönüş nöqtəsi

“Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsinin əlamətləri görünür”.
GunAz.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Düşünürəm ki, ukraynalılar üstünlük əldə ediblər. Rusiya həm iqtisadi və daxili baxımdan, həm də döyüş meydanında zəifləmə dövründən keçir. Ukraynalılar əhəmiyyətli irəliləyiş əldə edirlər. Rusiyanın arxa cəbhədəki hərbi infrastrukturuna zərbələr getdikcə daha dəqiq olur, nəticə verir”, - o vurğulayıb.
Pistorius müharibədə həlledici mərhələnin yaxınlaşdığını da qeyd edib:
“Bu gün çoxları müharibənin həlledici mərhələsindən danışır, bəlkə də Ukraynanın xeyrinə”.
скачать dle 12.1

Şərhlər