SON DƏQİQƏ
» » Pakistanda silahlı toqquşma: İki nəfər həlak oldu

Pakistanda silahlı toqquşma: İki nəfər həlak oldu

Tarix:

8-05-2026, 08:27

/ 3 549 dəfə oxundu.
Pakistanda silahlı toqquşma: İki nəfər həlak oldu

Pakistanın Xayber-Paxtunxva vilayətinin Bacaur rayonunda təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma nəticəsində iki uşaq həlak olub, dörd nəfər yaralanıb.
GunAz.az xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadən “Dawn” qəzeti məlumat yayıb.“Vara-Mamund ərazisində toqquşma cümə axşamı axşam saatlarında, Təhlükəsizlik Qüvvələri bu ərazidə ehtimal edilən yaraqlıların axtarışı üzrə əməliyyat keçirərkən baş verib. Malakana-Dama-Dola ərazisinin sakinləri atəş altında qalıblar”, – məlumatda bildirilir.Qeyd olunur ki, yaralılar tibbi yardım göstərilməsi üçün Xardakı rayon xəstəxanasına çatdırılıblar. Tibb müəssisəsindən bildirilib ki, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir.//bakupost.az
скачать dle 12.1

Şərhlər