SON DƏQİQƏ
» » Mayın 7-8-də Yer kürəsində maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 7-8-də Yer kürəsində maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Tarix:

7-05-2026, 16:11

/ 3 382 dəfə oxundu.
Mayın 7-8-də Yer kürəsində maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Yaxın iki gün ərzində planetimizdə geomaqnit dalğalanmaları və maqnit fırtınaları müşahidə olunacaq.
GunAz.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislər dalğalanmalara səbəb kimi Yer kürəsinin yaxınlığında günəş küləyinin sürətinin artmasını göstərirlər. Alimlərin proqnozuna əsasən, mayın 7-si və 8-də maqnit fırtınasının başvermə ehtimalı 33% (qırmızı səviyyə) təşkil edir. Daha 33% ehtimal isə zəif dalğalanmaların (sarı səviyyə) payına düşür. Maqnit sahəsinin sabit qalma şansı da eyni (33%) səviyyədədir.Hazırda günəş aktivliyi aşağı olsa da, həftə sonuna qədər partlayışların sayında artım mümkündür. Hadisənin ümumi intensivliyi orta səviyyədə qiymətləndirilir. Qeyd olunur ki, mayın 15-18-i tarixlərində daha güclü geomaqnit dalğalanmaları baş verə bilər.
скачать dle 12.1

Şərhlər