
Rusiya ordusu bu gün Ukraynanın iri şəhərlərini kütləvi raket və PUA atəşinə tutub.
GunAz.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı Kiyevdə 4 nəfər həlak olub, 45 nəfər yaralanıb, Dneprdə 3 nəfər həlak olub, 34 nəfər yaralanıb. Yaralılardan beşinin vəziyyəti ağırdır.
Odessaya isə edilən hücumlar zamanı 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Zaporojyedə bir qadın həlak olub, Xarkovda isə 2 nəfər yaralanıb.






























