SON DƏQİQƏ

Gürcüstan-Rusiya magistral yolu tam bağlanıb

Tarix:

10-04-2017, 07:57

/ 4 015 dəfə oxundu.
Gürcüstan-Rusiya magistral yolu tam bağlanıb

Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil yolu (Yuxarı Lars) aprelin 9-da saat 22:00-da bütün növ avtomobillər üçün bağlanıb.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın müvafiq dövlət strukturları məlumat yayıb.
Məlumatda deyilir ki, hava şəraitinin kəskin dəyişməsi və güclü qar yağması səbəbindən yolda avtomobillərin hərəkəti çətinləşib. Aprelin 9-da saat 18:00-dək yolda minik avtomobillərinin hərəkətinə icazə verilib. Lakin sonradan kəskin hava şəraiti və yolların buz bağlaması səbəbindən bütün növ avtomobillərin hərəkəti dayandırılıb.
Gürcüstan tərəfinin məlumatına görə, hazırda yolda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, Ukrayna və digər ölkələrə məxsus yük maşınları, eləcə də minik avtomobilləri dayanıb. Hələlik onların həyatı üçün təhlükə yoxdur.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ