SON DƏQİQƏ

Çanaqqala boğazı bağlandı

Tarix:

10-01-2026, 18:40

/ 2 781 dəfə oxundu.
Çanaqqala boğazı bağlandı

Şiddətli fırtına səbəbindən Çanaqqala boğazında gəmilərin hərəkəti tamamilə dayandırılıb

GünAz.az İHA-ya istinadən verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti səbəbindən Bozcaada və Gökçeada bölgəsinə bərə xidmətləri ləğv edilib.
Dünən Meteorologiya İdarəsi Çanaqqala üçün fırtına xəbərdarlığı edib, cənub və qərbdən gələn güclü küləyin saatda 50-75 kilometrə, bəzi yerlərdə isə hətta saatda 80-90 kilometrə çatacağını bildirib. Hava şəraiti ilə bağlı saat 12:45-də həm şimal, həm də cənub istiqamətlərindən gəmilərin hərəkətini dayandırmaq qərarı verilib.
Şimali Egey dənizindəki əlverişsiz hava şəraiti səbəbindən Geyikli-Bozcaada bütün səfərlər və Kabatepe-Gökçeada marşrutu üzrə bəzi səfərlər ləğv edilib.скачать dle 12.1

Şərhlər