SON DƏQİQƏ
» » Həmin təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək

Həmin təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək

Tarix:

3-01-2026, 10:24

/ 2 335 dəfə oxundu.
Həmin təyyarənin “qara qutu”su bu ölkədə təhlil ediləcək

Böyük Britaniya Liviyanın Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddadı daşıyan və Türkiyədə qəzaya düşən təyyarənin “qara qutu”sunun təhlilini həyata keçirməyə razılıq verib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı “Asharq Al-Awsat” portalı yayıb.
Ölkənin nəqliyyat naziri Məhəmməd əl-Şahubinin sözlərinə görə, Liviya məsələni Britaniya ilə birbaşa qaydada koordinasiya edib.
Xatırladaq ki, Liviya hərbi nümayəndə heyətini daşıyan “Falcon 50” təyyarəsi dekabrın 23-ü Türkiyədə qəzaya uğrayıb. Hadisə nəticəsində general Məhəmməd Əli Əl-Həddad və 4 köməkçisi həlak olub. Türkiyə tərəfi qəzaya səbəbin texniki nasazlıq olduğunu bildirib.
скачать dle 12.1

Şərhlər