SON DƏQİQƏ
» » Xamenei ölümlə hədələndi: Aradan götürməliyik

Xamenei ölümlə hədələndi: Aradan götürməliyik

Tarix:

22-12-2025, 09:56

/ 3 647 dəfə oxundu.
Xamenei ölümlə hədələndi: Aradan götürməliyik

“Tehranın uranın zənginləşdirməsi proqramını yenidən bərpa etdiyi, İsrail və Avropanı təhdid etmək üçün çoxsaylı ballistik raket istehsal etdiyi sübuta olunsa, bu baş verməmişdən əvvəl İrana zərbə endirilməlidir”.
GunAz.az xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ senatoru Lindsi Qrem deyib.
Siyasətçi Tehranın uranın zənginləşdirilməsi və raket proqramlarının yenidən dirçəldilməsi istiqamətində səylər göstərdiyini göstərən sübutların mövcud olduğunu bildirib:
“İranın niyyəti yaxşı deyil. İranın nüvə obyektlərini məhv etmişik, amma onun nüvə silahı əldə etmək istəyini aradan qaldırmadıq. İran rejimi dəyişməyib. Hələ də bütün yəhudiləri öldürmək istəyirlər, Amerikanı “Böyük Şeytan” hesab edirlər və öz düşüncələri əsasında “İslamı təmizləmək” barədə fikirləşirlər. Radikal islamçılığın başa düşdüyü yeganə dil gücdür”.
Qrem əlavə edib ki, İsrailə bir məqsədlə gəlib və bu məqsəd 2026-cı ilin “sülh və pis adamın (İranın Ali dini rəhbəri Əli Xameneini nəzərdə tutur – red.) aradan götürülməsi ili” olmasını təmin etməkdir.
скачать dle 12.1

Şərhlər