SON DƏQİQƏ
» » Tramp Amerika “soccer”in adının dəyişdirilməsini təklif edib

Tramp Amerika “soccer”in adının dəyişdirilməsini təklif edib

Tarix:

6-12-2025, 13:43

/ 3 183 dəfə oxundu.
Tramp Amerika “soccer”in adının dəyişdirilməsini təklif edib

ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun (“soccer”) adının dəyişdirilməsini təklif edib.
Gunaz.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə 2026-cı il dünya çempionatının püşkatma mərasimi zamanı danışıb. 
“Soccer”ə əslində futbol deyilməməlidirmi? Bu, futboldur, buna şübhə yoxdur. Amerika futbolu üçün fərqli bir ad tapmalıyıq”, - deyə Tramp bildirib.
Qeyd edək ki, ötən gün ABŞ-nin paytaxtı Vaşinqtonda 2026-cı il futbol üzrə dünya çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək turnirdə 48 milli komanda iştirak edəcək. Turnir 11 iyunda başlayacaq, final matçı isə 2027-ci ilin 19 iyulunda baş tutacaq.
скачать dle 12.1

Şərhlər