SON DƏQİQƏ
» » ABŞ həbsxanasında “Ölüm mələyi” ləqəbli manyak öldürülüb

ABŞ həbsxanasında “Ölüm mələyi” ləqəbli manyak öldürülüb

Tarix:

31-03-2017, 08:05

/ 4 151 dəfə oxundu.
ABŞ həbsxanasında “Ölüm mələyi” ləqəbli manyak öldürülüb

ABŞ-da 50-dək insanı qətlə yetirdiyinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş "Ölüm mələyi” ləqəbli Donald Harvi həbsxana kamerasında döyülərək öldürülüb.
 "Assoşieyted Press”ə istinadən verilən xəbərə görə, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.  
Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.  
D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri  öldürdüyünü etiraf edib.(
APA)  

GUNAZ.az


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər