Martın 6-da ABŞ Prezidenti Donald Trampın "əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkənin vətəndaşlarının ölkəyə daxil olması haqda” imzaladığı fərmanın icrası növbəti dəfə təxirə salınıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Vatson tərəfindən həyata keçirilib. Fərmana əsasən, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyulub. Xatırladaq ki, ABŞ-ın Havay ştatının məhkəməsi Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını ilk dəfə martın 16-da müvəqqəti təxirə salmışdı.