SON DƏQİQƏ
» » ABŞ Ədliyyə nazirliyi: “Prezidentin miqrasiya ilə bağlı fərmanı qanunidir”

ABŞ Ədliyyə nazirliyi: “Prezidentin miqrasiya ilə bağlı fərmanı qanunidir”

Tarix:

7-02-2017, 06:57

/ 1 823 dəfə oxundu.
ABŞ Ədliyyə nazirliyi: “Prezidentin miqrasiya ilə bağlı fərmanı qanunidir”

Prezident Donald Trampın miqrasiya ilə bağlı fərmanı qanunidir.

 "AFP” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə nazirliyinin bəyanatında deyilir.

"Əcnəbi vətəndaşların ABŞ-a daxil olması, eləcə də qaçqınların ölkəyə girişinə dair icazə məsələləri prezidentin səlahiyyətləri çərçivəsindədir”, məlumatda deyilir.

Nazirliyin qənaətinə görə, Donald Trampın fərmanının icrasını təxirə salan məhkəmə yanlışlığa yol verib.

Fevralın 4-də ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. ABŞ Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından verdiyi apelyasiya şikayətini rədd edib.

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.(APA)

Gunaz.az

скачать dle 12.1

Şərhlər