
"Atam da, anam da türkdür, türk olduğum üçün fəxr edirəm. Azərbaycanda doğulmuşam".
İran Prezidenti Məsud Pezeşkianın doğum günüdür (1954-cü il 29 sentyabrda anadan olub). Pezeşkian yeddiuşaqlı ailənin beşinci övladıdır. Onun anası Məhbubə Sudbaxş 1930-cu ildə Urmiyada anadan olub. Atası Məhəmməd Əli isə əczaçılıq sahəsində çalışıb. İxtisasca həkimdir.
Əminliklə deyə bilərik ki, İranda yaşayan 35 milyon soydaşlarımızın təhsilində, milli hüquqlarının qorunmasında onlara dəstək verəcək.
Cənab Prezident Məsud Pezeşkianı təbrik edir, dövləti işlərində uğurlar arzulayırıq.































