SON DƏQİQƏ
» » Rusiya bu ölkədə təxribata hazırlaşır – SENSASİYA

Rusiya bu ölkədə təxribata hazırlaşır – SENSASİYA

Tarix:

26-09-2025, 21:50

/ 3 302 dəfə oxundu.
Rusiya bu ölkədə təxribata hazırlaşır – SENSASİYA

Rusiya Britaniya adaları ətrafında təxribat əməliyyatları hazırlayır.
GunAz.az xəbər verir ki, bu barədə “Financial Times” nəşrinin araşdırmasında qeyd olunub.
Bildirilir ki, bu ilin əvvəlində Britaniyanın ərazi sularında görünən Rusiyanın “Yantar” gəmisi Avropanın sualtı kabellərini izləyir. Hərbi ekspertlərin qiymətləndirmələri göstərir ki, “Yantar” kritik infrastruktur qovşaqlarını davamlı zləmək üçün Britaniya sularında 13 ay ərzində yerləşdirilən Rusiya döyüş gəmisindən biridir.
Avropa Kosmik Agentliyinin peykləri tərəfindən toplanan radar məlumatlarına əsasən 2024-cü ilin noyabrında mərkəzi İrlandiya dənizində kritik kabellər üzərində uçan bir casus gəmisi aşkar edilib.
FT qeyd edir ki, sualtı infrastruktura qlobal etibar artdıqca dəniz dibi getdikcə daha cəlbedici hədəfə çevrilir. Böyük Britaniyanın rəqəmsal rabitəsinin 99 faizi hazırda dənizaltı fiber-optik kabellər vasitəsilə təmin edilir və ölkənin qaz təchizatının dörddəüçü sualtı boru kəmərləri ilə nəql olunur.
Düşmən sualtı qayıqlarının hərəkətini izləyən ABŞ-Böyük Britaniya Dənizaltı Müşahidə Sistemi üçün məlumat ötürən kabellər xüsusi əhəmiyyət kəsb edir.
“Yantar” hərbi və internet kabellərinə qoşulmaq və məlumatları ələ keçirmək, həmçinin gələcəkdə onları işə salmaq məqsədilə partlayıcı qurğular yerləşdirmək üçün manipulyatorları olan sualtı maşınlarla təchiz edilib.
Rusiyanın rəsmi məlumatına görə, “Yantar” okeanoqrafik tədqiqat gəmisidir. 2015-ci ilin may ayında Rusiya Hərbi Dəniz Qüvvələrinə verilib. Bu ilin sentyabrında “Yantar” ABŞ hərbi dəniz bazası yaxınlığında görünüb. O zaman Pentaqon bəyan edib ki, Rusiya gəmisi ABŞ sualtı qayıqlarında istifadə edilən sualtı sensorlar və digər avadanlıqlar haqqında məlumat toplayır.Globalinfo.az
скачать dle 12.1

Şərhlər