SON DƏQİQƏ
» » Rusiya Qarabağ ermənilərini müharibəyə aparır

Rusiya Qarabağ ermənilərini müharibəyə aparır

Tarix:

5-09-2025, 09:38

/ 3 919 dəfə oxundu.
Rusiya Qarabağ ermənilərini müharibəyə aparır

Azərbaycanın Qarabağ bölgəsindən könüllü Ermənistana gedən ermənilər kütləvi şəkildə Rusiyaya üz tuturlar.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Son aylar qarabağlı ermənilər kütləvi şəkildə Rusiyaya gedir. Onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılmış könüllü dəstələrə, xüsusən də müqaviləli əsgərlərə kifayət qədər yüksək maaş verilən “ArBat”a qoşulurlar. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı verilir”, - nəşr bildirib.
скачать dle 12.1

Şərhlər