SON DƏQİQƏ

Sudanda ölənlərin sayı 1000-ə çatdı

Tarix:

2-09-2025, 11:19

/ 2 777 dəfə oxundu.
Sudanda ölənlərin sayı 1000-ə çatdı

Sudanın qərbində yerləşən Marra dağları bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində minə yaxın insan həyatını itirib.
Gunaz.Az xəbər verir ki, bu barədə Sudan Azadlıq Hərəkatı məlumat yayıb.
Məlumata görə, güclü yağışlardan sonra Marra dağları ərazisində torpaq sürüşməsi baş verib və bir kənd tamamilə yer üzündən silinib.
Hadisə nəticəsində min nəfərdən çox insan ölüb, yalnız bir nəfər sağ qalıb.
Əraziyə çatmaqda çətinlik və dağıntıların miqyası xilasetmə işlərini ciddi şəkildə çətinləşdirir.
скачать dle 12.1

Şərhlər