SON DƏQİQƏ
» » Çin ABŞ-ın İrana zərbələrini qəti şəkildə pisləyir

Çin ABŞ-ın İrana zərbələrini qəti şəkildə pisləyir

Tarix:

23-06-2025, 08:00

/ 3 283 dəfə oxundu.
Çin ABŞ-ın İrana zərbələrini qəti şəkildə pisləyir

Çin ABŞ-ın İranın nüvə obyektlərinə hücumunu pisləyir və atəşkəsə çağırış edir.
GunAz.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki nümayəndəsi Fu Conq Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib.
O bildirib ki, Çin, Rusiya və Pakistan tərəfləri "dərhal və qeyd-şərtsiz atəşkəsə, mülki şəxslərin müdafiəsinə, beynəlxalq hüquqa hörmət edilməsinə, dialoq və danışıqlara başlamağa dəvət edən" qətnamə layihəsi təklif edib.
Fu Conq ABŞ-ı BMT Nizamnaməsini, beynəlxalq hüququ, eləcə də İranın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozmaqda ittiham edib, eyni zamanda Yaxın Şərqdə gərginliyi artırmaqda və beynəlxalq nüvə silahlarının yayılmaması rejiminə ağır zərbə vurmaqda ittiham edib.
Çin diplomatı həmçinin bütün tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb.
скачать dle 12.1

Şərhlər