SON DƏQİQƏ
» » ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçiriləcək

ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçiriləcək

Tarix:

10-06-2025, 10:31

/ 2 359 dəfə oxundu.
ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçiriləcək

Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün İran və ABŞ rəsmiləri arasında danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.
GunAz.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai deyib.
“İran-ABŞ danışıqlarının növbəti raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılır”, - o bildirib.
Qeyd edək ki, mayın 23-də İran və ABŞ arasında Romada nüvə danışıqlarının beşinci raundu keçirilmişdi.
скачать dle 12.1

Şərhlər