SON DƏQİQƏ
» » İsraildən xəbərdarlıq: Bu üç ərazidən uzaq durun!

İsraildən xəbərdarlıq: Bu üç ərazidən uzaq durun!

Tarix:

10-06-2025, 18:45

/ 2 377 dəfə oxundu.
İsraildən xəbərdarlıq: Bu üç ərazidən uzaq durun!

İsrail Müdafiə Qüvvələri Husi qiyamçılarının nəzarəti altında olan Yəmənin Ras İsa, Hudeyda və Səlif limanlarında yaşayan insanları dərhal təxliyəyə çağırıb.
GunAz.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avihai Edri X səhifəsində ərəb dilində yazıb.
"Husi rejimi dəniz limanlarından terror fəaliyyətlərini həyata keçirmək məqsədilə istifadə etdiyi üçün biz bu limanlardakı hər kəsi dərhal ərazini tərk etməyə və öz təhlükəsizlikləri üçün onlardan uzaq durmağa çağırırıq", - deyə Edri qeyd edib.
Qeyd edilir ki, İsrail ordusunun xəbərdarlıqlarından sonra qeyd olunan obyektlər vurulub.
скачать dle 12.1

Şərhlər