SON DƏQİQƏ

Bu gün nüvə danışıqları aparacaqlar

Tarix:

12-04-2025, 11:46

/ 2 732 dəfə oxundu.
Bu gün nüvə danışıqları aparacaqlar

Bu gün Omanda ABŞ və İran rəsmiləri İranın nüvə proqramı ətrafında vəziyyətin həlli üçün parametrləri müzakirə edəcəklər.
GunAz.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, danışıqlar birbaşa aparılacaq. Amerika nümayəndə heyətinə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.
Danışıqlar yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacaq.
скачать dle 12.1

Şərhlər