SON DƏQİQƏ

Apple TV İllik 1 milyard dollar zərər edir

Tarix:

22-03-2025, 14:15

/ 3 343 dəfə oxundu.
Apple TV İllik 1 milyard dollar zərər edir

2019-cu ildən istifadəyə verilən Apple TV striminq xidməti ildə 1 milyard dollardan çox itkiyə məruz qalır.
Bu barədə "The Information" məlumat yayıb.
2024-cü ildə şirkət ilk dəfə olaraq istehsalat xərclərini 500 milyon dollar azaldıb. Apple TV-nin bazara girməsindən bəri şirkət hər il 5 milyard dollardan çox pul sərf edirdi. 2023-cü ildə Apple 391 milyard dollar gəlir əldə edib, buna görə də bu zərəri daha asanlıqla qarşılaya bilir.
Apple TV+ platformasında hazırda isə 45 milyon abunəçi var. Bu, 36 milyon abunəçisi olan "Peacock"u geridə qoyaraq, 53 milyon abunəçisi olan "Hulu"dan sonra ikinci sıradadır.
Apple TV+ abunəçilərinin sayının, "Severance" (Razılaşma) serialının uğurunun ardınca artması ehtimal edilir.
скачать dle 12.1

Şərhlər