SON DƏQİQƏ

ABŞ Qəzzaya qoşun yeridəcək?

Tarix:

6-02-2025, 09:40

/ 3 150 dəfə oxundu.
ABŞ Qəzzaya qoşun yeridəcək?

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına Amerika qoşunlarının göndərilməsi ilə bağlı öhdəlik götürməyib.
GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Livitt brifinqdə deyib.
"O, (Tramp) həmçinin bildirib ki, Birləşmiş Ştatlar Qəzzanın bərpası üçün pul ödəməyə hazırlaşmır. Administrasiya regiondakı tərəfdaşlarla bu regionun bərpası üçün çalışacaq", - Livitt əlavə edib.
Qeyd edək ki, D.Tramp Qəzza sakinlərinin Misir və İordaniyaya köçürülməsini təklif edib. O, hətta ABŞ hökumətinin, lazım gələrsə, Qəzzaya qoşun göndərəcəyini bildirib.
скачать dle 12.1

Şərhlər