SON DƏQİQƏ
» » Almaniya vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

Almaniya vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

Tarix:

2-11-2024, 13:14

/ 3 358 dəfə oxundu.
Almaniya vətəndaşlarına çağırış etdi: İranı tərk edin!

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına çağırış edərək onlardan İranı tərk etmələrini istəyib.
GunAz.az xəbər verir ki, bu barədə Alman XİN-nin sözçüsü Kristofer Burger məlumat yayıb.
"Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür",- o bildirib.
Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi taöışırıb.
Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan İranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.
Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.
скачать dle 12.1

Şərhlər