SON DƏQİQƏ
» » İspaniya mediası “Xocalı: 25 il cəzasızlıq” adlı məqalə dərc etdi

İspaniya mediası “Xocalı: 25 il cəzasızlıq” adlı məqalə dərc etdi

Tarix:

1-03-2017, 19:20

/ 4 562 dəfə oxundu.
İspaniya mediası “Xocalı: 25 il cəzasızlıq” adlı məqalə dərc etdi

İspaniyanın "La Razon” qəzetində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı "Xocalı: 25 il cəzasızlıq” adlı məqalə dərc edilib. Eduardo Guayluponun müəllifi olduğu məqalədə 25 il əvvəl Xocalıda törədilmiş qırğın nəticəsində 613 nəfərin qətlə yetirildiyi, 1275 nəfərin əsir götürüldüyü vurğulanır.
Gunaz.az
 xəbər verir ki, məqalədə deyilir: "Badam ağacı ən erkən çiçək açan ağaclardan biridir və qışın ortasında, adətən fevral ayında çiçək açır. 1992-ci ilin fevralında, Xocalı şəhəri hər zamankı kimi badam ağacının çiçəklərinin gözəlliyinə büründüyü bir gündə badam çiçəyi qeyri-təbii olaraq qırmızı qana bulanmış qarın yağmasına şahid oldu...”
Bildirilir ki, 1988-ci ildə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycan ərazisi olan Dağlıq Qarabağı özünə birləşdirmək üçün Azərbaycana qarşı təcavüzə başladı. Məhz bu təcavüzün tərkib hissəsi olaraq, 1992-ci ildə Dağlıq Qarabağda – Xocalı şəhərində yaşayan 7 min nəfərlik dinc əhaliyə qarşı həyata keçirilmiş hərbi əməliyyat soyqırımı ilə nəticələndi. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək Xocalıya hücum etdi. Dinc əhali ən yaxın Azərbaycan kəndinə getmək üçün şəhəri tərk etdi. Lakin bu insanların ümidləri puça çıxdı. Ermənistan əmin etmişdi ki, dinc əhalinin şəhəri tərk etməsi üçün bir dəhliz saxlayıb. Lakin həmin dəhliz tələdən başqa bir şey deyildi. Naxçıvanlı və Pircamallı kəndlərinin girişində onları erməni hərbi patrulları gözləyirdi. Açılan atəş nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, ümumilikdə 613 nəfər qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Şəhər bütünlüklə xəritədən silindi.
Məqalədə qeyd edilir ki, bu faciədən artıq 25 il keçir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış "Xocalıya ədalət!” kampaniyasının məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bu soyqırımına cəlb etmək, müharibəyə və insanlığa qarşı cinayətə "yox” demək və müharibənin bir daha təkrarlanmaması üçün gücləri birləşdirməkdir”.

İspaniya mediası “Xocalı: 25 il cəzasızlıq” adlı məqalə dərc etdi

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ