SON DƏQİQƏ
» » Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi

Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi

Tarix:

27-06-2024, 16:23

/ 3 355 dəfə oxundu.
Şəxsi təyyarəsi ilə keçmiş xanımının toyuna getdi

Amerikalı iş adamı, “SpaceX”in təsisçisi İlon Mask iki dəfə evlənib boşandığı keçmiş həyat yoldaşı, aktrisa Talula Raylinin toyunda iştirak edib.
GunAz.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı aktrisa özündən 4 yaş kiçik həmkarı, “Taxt Oyunları”nın ulduzu Tomas Brodi-Sanqsterlə evlənib.
52 yaşlı Mask bu mərasimə qatılmaq üçün öz şəxsi təyyarəsi ilə gedib.
Bildirilir ki, 12 uşaq atası olan İ. Mask keçən il “X”də cütlüyün nişan elanına təbrik mesajı da göndərib.
Qeyd edək ki, Mask və Rayli ilk dəfə 2010-cu ildə evlənib və iki il sonra boşanıblar. 2013-cü ildə yenidən ailə quran cütlük 2016-cı ildə boşanıb. Keçmiş cütlüyün uşaqları yoxdur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ