SON DƏQİQƏ
» » Rusiyadan Azərbaycan-İran münasibətlərinə dair AÇIQLAMA

Rusiyadan Azərbaycan-İran münasibətlərinə dair AÇIQLAMA

Tarix:

23-05-2024, 16:33

/ 3 111 dəfə oxundu.
Rusiyadan Azərbaycan-İran münasibətlərinə dair AÇIQLAMA

“Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşması bütövlükdə Cənubi Qafqaz və Xəzər dənizi regionunda vəziyyətə müsbət təsir göstərəcək”.
GunAz.az “News.am”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
“Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında regional layihələrin inkişafında böyük potensial görürük. Biz Bakı və Tehranla, o cümlədən Rusiya-Azərbayan-İran dialoq formatı və “3+3” regional platforması çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsində maraqlıyıq. Xatırladım ki, bu platformaya Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan daxildir. Əminik ki, regional oyunçular mövcud çağırış və problemlərə kənar müdaxilə olmadan özləri həll yolu axtarmalıdırlar. Bununla bağlı müvafiq müsbət təcrübə mövcuddur və buna arxalanmaq lazımdır”. (Qafqazinfo)
скачать dle 12.1

Şərhlər