SON DƏQİQƏ

ABŞ İranı təkzib, Türkiyə isə təsdiq edir

Tarix:

15-04-2024, 12:33

/ 3 349 dəfə oxundu.
ABŞ İranı təkzib, Türkiyə isə təsdiq edir

Türkiyə, İordaniya və İraq rəsmiləri bildiriblər ki, İran hücumdan bir neçə gün əvvəl İsrailə zərbə endirmək planlarını, o cümlədən hücumun bəzi təfərrüatını geniş şəkildə açıqlayıb. Bununla belə, ABŞ rəsmiləri Tehranın Vaşinqtona xəbərdarlıq etmədiyini bildirirlər.
GunAz.az xəbər verir ki, bu barədə “Röyters” məlumaat yayıb.
“İranın XİN rəhbəri Abdullahian deyib ki, Tehran hücumdan 72 saat əvvəl qonşu ölkələrə və İsrailin müttəfiqi ABŞ-a məlumat verib. Türkiyə XİN-i İsrailə hücumdan əvvəl Vaşinqton və Tehranla danışdığını və cavabın “mütənasib” olmasını təmin etmək üçün mesajı vasitəçi kimi çatdırdığını bildirib. ABŞ administrasiyasının yüksək səviyyəli rəsmilərindən biri Abdullahianın açıqlamasını təkzib edərək, Vaşinqtonun İsveçrə vasitəsilə İranla əlaqə saxladığını, lakin 72 saat ərzində hücumla bağlı əvvəlcədən xəbər almadığını bildirib”, - məlumatda deyilir.
Qeyd olunub ki, Tehran yalnız zərbələr başlayandan sonra Vaşinqtona mesaj göndərib.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ