SON DƏQİQƏ
» » İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir - RƏSMİ

Tarix:

3-04-2024, 17:37

/ 2 614 dəfə oxundu.
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini davam etdirir - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.
Bu barədə İsrailin Bakıdakı səfirliyindən GunAz.az-a bildirilib.
 
“Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir”,- məlumatda vurğulanıb.
Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ