SON DƏQİQƏ
» » İsrail İran səfirliyinin yanına zərbə endirdi: ölənlər var

İsrail İran səfirliyinin yanına zərbə endirdi: ölənlər var

Tarix:

1-04-2024, 20:52

/ 2 064 dəfə oxundu.
İsrail İran səfirliyinin yanına zərbə endirdi: ölənlər var

İsrail Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib.

GunAz.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya düşüb.

Xəsarət alanlar barədə məlumat olmasa da, səfirliyin binasına ciddi ziyan dəydiyi bildirilib.

***

İsrail Hərbi Hava Qüvvələrinin raketinin Suriya paytaxtının qərbində, İran səfirliyi və konsulluğunun yerləşdiyi Mezze məhəlləsini vurması nəticəsində azı 6 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, raketlərdən biri Livan və Fələstin təşkilatlarının nümayəndələri ilə görüşlər üçün istifadə edilən villaya düşüb. İran səfiri hadisə yerində olub, lakin xəsarət almayıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ