SON DƏQİQƏ
» » Rusiyada iş yerində “Telegram” və “WhatsApp”dan istifadə qadağan edilir

Rusiyada iş yerində “Telegram” və “WhatsApp”dan istifadə qadağan edilir

Tarix:

22-03-2024, 15:23

/ 2 642 dəfə oxundu.
Rusiyada iş yerində “Telegram” və “WhatsApp”dan istifadə qadağan edilir

Saratov vilayətinin Rəqəmsal İnkişaf Nazirliyinin departament əməkdaşlarına iş məqsədilə xarici messencerlərdən istifadə rəsmən qadağan edilib.
GunAz.az xarici mediaya istinadən bildirir ki, bu barədə nazir Vladimir Stark açıqlama verib.
 
Onun sözlərinə görə söhbət Telegram, WhatsApp kimi platformalardan, eləcə də Rusiya Federasiyası subyektlərinin dövlət qulluqçularının demək olar ki, 60%-nin istifadə etdiyi Microsoft məhsullarından gedir.
Starkov qeyd edib ki, Rəqəmsal İnkişaf Nazirliyi yerli proqram təminatından test rejimində istifadə etməyə başlayıb. Yeni platforma “Dövlət qulluqçusunun iş yeri” adlanır. Nazir qeyd edib ki, rayonun 2,5 min nəfərə yaxın işçisi olan 36 icra hakimiyyəti artıq sistemə qoşulub:
“Bu, messencer və nömrə yığan, həmçinin təqvim, poçt, fayl saxlama, əlaqə saxlama yeridir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ