SON DƏQİQƏ
» » Koreya vətəndaşı həbs edildi- TARİXDƏ BİR İLK

Koreya vətəndaşı həbs edildi- TARİXDƏ BİR İLK

Tarix:

12-03-2024, 10:26

/ 2 603 dəfə oxundu.
Koreya vətəndaşı həbs edildi- TARİXDƏ BİR İLK

Rusiya tarixində ilk dəfə Koreya vətəndaşı casusluğa görə həbs edilib.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Rusiya tarixində casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılan ilk Koreya vətəndaşı Vladivostokdan Moskvaya köçürülüb.
“Casusluqla bağlı cinayət işinin istintaqı çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Koreya Respublikasının vətəndaşı Pek Von Aun müəyyən edilərək saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Vladivostokda saxlayıblar və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, istintaq əməliyyatlarının aparılması üçün Vladivostokdan Moskvaya aparılıb”, - deyə məlumatda qeyd edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ