Paşinyanın qəbul etdiyi xarici vektor və siyasət sülh gətirməyəcək.
Bu sözləri “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan erməni mediasına açıqlamasında deyib.
“Fevralın 15-də hökumətin iclasında Paşinyan sadəcə olaraq xalqı müharibə təhlükəsi ilə şantaj etdi. Bu, şantajdır, təhdiddir, bu, Paşinyanın xalqın ruhunu sındırmaq siyasətinin təzahürlərindən biridir”, - o bildirib.