SON DƏQİQƏ
» » Pakistanda deputatlığa namizədə silahlı hücum olundu

Pakistanda deputatlığa namizədə silahlı hücum olundu

Tarix:

6-02-2024, 18:23

/ 3 016 dəfə oxundu.
Pakistanda deputatlığa namizədə silahlı hücum olundu

Pakistanda Milli Assambleya (parlamentin aşağı palatası) üzvlüyünə namizəd Seyid Zülfiqar Əli Şah silahlı hücuma məruz qalıb.

Məlumata görə, ona Sind əyalətinin Mirpur Xas şəhərində sui-qəsd cəhdi edilib.
Siyasətçi xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə məlumat verilmir.
Qeyd edək ki, Əli Şah Pakistan Xalq Partiyasından seçkilərə namizədliyini irəli sürüb.
Yeri gəlmişkən, bundan əvvəl Bəlucistan əyalətinin Xub şəhərində Pakistan Xalq Partiyasının daha bir namizədinə sui-qəsd cəhdi olub. Belə ki, siyasətçi Mir Əli Həsən Zehrinin seçki qərargahında partlayış baş verib. Hadisə nəticəsində üç uşaq xəsarət alıb
скачать dle 12.1

Şərhlər