SON DƏQİQƏ

95 tələbə tantunidən zəhərləndi

Tarix:

15-01-2024, 15:50

/ 3 996 dəfə oxundu.
95 tələbə tantunidən zəhərləndi

Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib.

Bu barədə Kastamonu valiliyi məlumat yayıb.
Qeyd olunub ki, zəhərlənənlərdən 72-si xəstəxanaya yerləşdirilib.
Onların vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.
Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulanması, baş gicəllənməsi kimi hallar müşahidə olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
скачать dle 12.1

Şərhlər